10+ İllik Agentlik Təcrübəsi: Rəqəmsal marketinq və media sahəsində qazandığımız 10 ildən artıq köklü təcrübəni 3DOTS AGENCY-nin yaradıcı proseslərinə inteqrasiya edərək, hər bir layihəni həm estetik, həm də biznes hədəflərinə uyğun icra edirik.

2016-cı ildə qurulan 3DOTS AGENCY, rəqəmsal marketinq, media xidmətləri və strateji həllər sahəsində fəaliyyət göstərən yeni nəsil agentlikdir. Biz brendlərin inkişafını yalnız vizual və ya texniki tərəfdən deyil, kompleks yanaşma ilə analiz edərək, onların bazarda düzgün mövqelənməsini təmin edirik.
Komandamız hər bir layihəyə fərdi yanaşaraq, brendin dəyərini, hədəf auditoriyasını və bazar mühitini dərindən təhlil edir. Bu analiz əsasında layihənin uğuru üçün vacib olan kreativ ideyalar, effektiv strategiyalar və innovativ həllər hazırlayırıq.
Bizim əsas məqsədimiz sadəcə xidmət göstərmək deyil, müştərilərimizlə uzunmüddətli əməkdaşlıq qurmaqdır. Bu səbəbdən hazırladığımız rəqəmsal marketinq strategiyaları bizneslərin davamlı inkişafını dəstəkləyir və onların bazarda rəqabət qabiliyyətini artırır.
3DOTS AGENCY olaraq biz aşağıdakı istiqamətlərdə kompleks xidmətlər təqdim edirik:
- Brend və dizayn həlləri
- Rəqəmsal marketinq strategiyası
- Veb sayt və mobil tətbiqetmələrin hazırlanması
- Rəqəmsal reklam və sosial media idarəetməsi
- SEO və SEM optimallaşdırma
Biz planlama, icra, təhlil və optimallaşdırma mərhələlərini əhatə edən sistemli yanaşma ilə layihələrin maksimum effektiv nəticə verməsini təmin edirik.
Biznesinizi rəqəmsal dünyada bir addım öndə görmək istəyirsinizsə, doğru ünvandasınız. 3DOTS AGENCY, strategiya və kreativliyin vəhdətini təqdim edərək, brendiniz üçün ən effektiv rəqəmsal marketinq kanallarını qurur. 2016-cı ildən bəri qazandığımız təcrübə ilə müştərilərimiz üçün dəyər yaradırıq.
10+ İllik Agentlik Təcrübəsi: Rəqəmsal marketinq və media sahəsində qazandığımız 10 ildən artıq köklü təcrübəni 3DOTS AGENCY-nin yaradıcı proseslərinə inteqrasiya edərək, hər bir layihəni həm estetik, həm də biznes hədəflərinə uyğun icra edirik.
Saytın və mobil tətbiqlərin tərtibatı zamanı rəqəmsal marketinq üçün brend haqqında ən dolğun və müasir dövrün tələblərinə cavab verən veb dizayn konseptlərini hazırlayırıq. Kreativ fikirləri saytınıza inteqrasiya edirik.
Mobil tətbiqlərdə və axtarış sistemlərində potensial müştərilərinizə ən doğru zamanda və məkanda çatmaq imkanı. 2 milyondan çox mobil cihazda platforma, vaxt, məkan və maraq dairəsinə görə hədəfləmə təklif edirik.
Brendinizi analiz edir, strateji ideyalar yaradır və uzunmüddətli uğur üçün rəqəmsal həllər təqdim edirik.
Brendinizin fərqlənməsi üçün vizual kimlik, dizayn konseptləri və rəqəmsal məzmun yaradırıq.
İstifadəçi təcrübəsinə uyğun saytlar, mobil tətbiqlər və e-commerce platformaları hazırlayırıq.
Məlumatlara əsaslanan strategiyalar qurur, kampaniyaları idarə edir və nəticələri optimallaşdırırıq.
Layihələrinizi planlayır, icra edir, təhlil edir və maksimum nəticə üçün davamlı optimallaşdırırıq.
Effektiv SEO strategiyalarımızla saytınızın görünürlüyünü artırın və hədəf kütlənizə birbaşa çatın.